FLAŞ


Direktordan nazirliyə müraciət: “Bu məsələnin sonuna kimi gedin”


http://azedu.az/uploads/news/2019/10/azedu.az_4b85e9c1c4747490790a56e3052e328d_851.jpg

Bir neçə gün öncə Suraxanı rayonunda yerləşən Kəlbəcər rayonu 108 nömrəli tam orta məktəbin direktorunun müəllimlər arasında pul bölgüsü aparması ilə bağlı məlumat yayılıb.

Oktyabrın 7-də Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva və nazirliyin digər struktur bölmələrinin rəhbərlərinin həmin məktəbdə olması məsələni bir qədər də aktuallaşdırıb. Olay digər məktəb rəhbərlərinin bu kimi hallarda ehtiyat etməsinə səbəb olub.

Bəs, nazirliyin bu şəkildə müdaxiləsi və məsələnin həllini tapması belə halların qarşını nə dərəcədə ala biləcək?

“Onlarda qorxu, ehtiyat hissi yaransa da, müvəqqəti xarakter daşıyacaq”

Mövzu ilə bağlı AzEdu.az-a danışan təhsil eksperti Məlahət Mürşüdlü bildirib ki, inzibati cəzalar belə məsələlərin qarşısını müəyyən müddət ala bilər:

“Bu məsələnin kökündən öz həllini tapacağını deyə bilmərik. İllərdir, müşahidə edirik. Müəllim və rəhbər işçilər arasında vəzifəsindən azad edilənlər, həbsxanaya gödərilənlər də olub. Amma bu, belə halların qarşısını bir müddət ala bilib. Olaydan sonra məktəb rəhbərləri arasında müəyyən geri çəkilmə hallarının müşahidə edilməsi təbiidir". 

Ekspert məsələni qaldıran, ictimailəşdirən müəllimlərə təşəkkür edib. Onları cəsarətli olmağa, qorxmamağa çağırıb:

“Bilsinlər ki, Təhsil Nazirliyi belə faktların araşdırılmasında maraqlıdır. Müəllimlər özlərinə “niyə pul verim?” sualını versinlər. Fikrimcə, həm müəllim, həm də valideynlər tərəfindən ictimai dirəniş olsa, bu halların qarşısı alınar”.

“Nazirlikdən rica edirəm ki, bu məsələnin sonuna kimi getsinlər”

Ağdam rayonu 91 nömrəli məcburi köçkün tam orta məktəbinin dkrektoru Nemət Rüstəmli həmkarlarını bütün kadrlara qarşı ədalətli olmağa səsləyib:

“Rüşvət ən böyük bəladır. Rəhbəri işçi qarşısında başıaşağı, gözükölgəli edir. O, dəniz suyu kimidir. İçdikcə insanı yandırır və məhvinə səbəb olur.

Təbii ki, idarənin pulu dövlət tərəfindən ödənilib. Nazirlikdən rica edirəm ki, bu məsələnin sonuna kimi getsinlər”.

Xüsusilə də direktorların işə imtahan yolu ilə qəbulu bu kimi neqativ işlərin qarşısını alır. Amma yerində olmayan direktorlar var. Onlar üçün təhsil kənarda qalıb. Onlardan hansı ixtisas qrupunda hansı fənlərin olduğunu soruşsaz, xəbərsiz olduqlarını görərsiniz”.