FLAŞ


17 yaşlı tələbə qız yol qəzasında öldü


https://ww2.lent.az/upload/images/news/2019/october/09/big/b563de7be7dbac33e4d56babd6e573a4.jpg
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bolge.info APA-ya istinadən  xəbər verir ki, qəza Qaradağ rayonunun Müşfiqabad qəsəbəsindən keçən avtomobil yolunda qeydə alınıb
Belə ki, səhər saatlarında dərsə gedən tələbə, 2002-ci il təvəllüdlü Abdullayeva Solmaz Bəhruz qızını yolu keçərkən avtomobil vurub. 17 yaşlı qız aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Məhrumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.