FLAŞ


Bakıda neft emalı zavodu işini dayandırdı

- SƏBƏB


https://ww2.lent.az/upload/images/news/2019/october/04/big/fe34ed964a68e5e5675a060fc7ba0e54.jpg
SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodu (NEZ) planlaşdırılmış təmir işlərinin aparılması məqsədilə işini dayandırıb.
Bolge.info  Apa-ya istinadən xəbər verir ki, bu barədə “ SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, NEZ-in işi bu gündən etibarən dayandırılıb: “Müəssisənin işi bu ayın 24-də bərpa ediləcəyi planlaşdırılır”.
İlk növbədə, neftin ilkin emalı (ELOU-AVT) qurğusunun fəaliyyəti dayandırılıb. Tədricən başqa qurğularda da təmir işləri aparılacaq, deyə İ. Əhmədov əlavə edib.
Qeyd edək ki, NEZ-dən xammal alan “Azərkimya” İstehsalat Birliyinin kimya müəssisələrinin işi də dayandırılıb.