FLAŞ


Bakıda 18 ildən sonra doğulan uşağı öldürən həkimə cəza verildi


https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTkvMTAvMDQvMTQvNTkvMzQvNmU5NDNlMDUtMWMxMi00ZWQxLTkyYWQtZmM1YWY4M2I1NGVlLzE1MjY5NzY5MTRrZW1tbS5qcGciXSxbInAiLCJlbmNvZGUiLCJqcGciLCItcXVhbGl0eSA4MCJdLFsicCIsInRodW1iIiwiNjIweDQ2NVx1MDAzZSJdXQ?sha=bec7a9ca1e7e429b

Bakı Apellyasiya Məhkəməsində səhlənkarlıqda təqsirləndirilən Xətai Estetik Klinikasının həkimi Natavan Yaqubovanın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb. 

Oxu.Az xəbər verir ki, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Məhkəmənin növbəti iclası oktyabrın 11-nə təyin edilib.

İttihama görə, ötən il Xətai rayonu ərazisindəki Xətai Estetik Klinikasında səkkiz yaşlı Tunar İsayev burun-boğaz əti əməliyyatı edilərkən həkim-cərrah N.Yaqubovanın səhlənkarlığı nəticəsində ölüb. 

Belə ki, azyaşlı oğlanın boğazının şah damarı kəsilib və o, əməliyyat masasında keçinib.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda həkim həkim-cərrah N.Yaqubova barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq) maddəsi ilə cinayət iş açılıb.

Qadın cərrah barəsində cinayət işində ölən uşağın atası Rafiq İsayev zərərçəkmiş şəxs qismində tanınıb.

Xətai Rayon Məhkəməsinin hökmü ilə o, üç il həkimlik fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etməklə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. N.Yaqubova cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Hökmdən narazı qalan həkim apellyasiya şikayəti verərək, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyir. 

Xətai Estetik Klinikasında faciəli şəkildə ölən Tunarın ailəsinin uzun müddət övladı olmayıb və o, 18 illik həsrətdən sonra dünyaya gəlibmiş.