FLAŞ


Gəlin qayınanasının qızılını oğurladı


https://ww2.lent.az/upload/images/news/2019/october/04/big/a5aca67b5911b8ee26e06b03705ef270.jpg
Bakıda mənzildən 6 min manatlıq qızıl-zinət əşyası oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.
Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.