FLAŞ


Oğul atasının bank kartından 1300 manat oğurladı


https://ww2.lent.az/upload/images/news/2019/october/04/big/4e44e965d392c70a0e02f4b6b4dc4652.jpg
Salyanda bank kartlarından oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az -a verilən məlumata görə, Salyan rayon Polis Şöbəsinə müraciət edən rayon sakini T. Abbasova sentyabrın 4-də bank hesabından 176 manatının çıxarılaraq oğurlandığını bildirib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Qarabağlı kənd sakini R.Zalıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Ətrafında aparılmış tədbirlərlə onun 2018-ci ilin iyul ayından cari il sentyabrın 9-dək olan müddətdə atasının bank hesabından 1300 manat çıxararaq oğurlaması da müəyyən edilib.