FLAŞ


Bakıda kişinin üzərinə ağac aşdı, ağır yaralandı


http://olke.az/uploads/1569965938/agac.jpg
Nərimanov rayonunda bir nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Bolge.info  oxu.az-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

1971-ci il təvəllüdlü Kazımov Etibar Şəmsəddin oğlu Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin qarşısında ağac kəsib. Bu zaman ağac onun üzərinə aşıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.