FLAŞ


Bakıda xəstəxanada uşaq ölü doğuldu


https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTkvMDkvMjYvMTAvMTAvMjUvMGUzNDc3NTUtMGEwOS00ODkwLWJmMzktODhlMjczZTlmNzQ4L2tvcnBlLmpwZyJdLFsicCIsImVuY29kZSIsImpwZyIsIi1xdWFsaXR5IDgwIl0sWyJwIiwidGh1bWIiLCI2MjB4NDY1XHUwMDNlIl1d?sha=186769907ddc0eb1

Bolge.info Oxu.az-a istinadən xəbər verir ki, Biləcəridəki Mərkəzi Dəmiryolu Xəstəxanası orada baş vermiş uşaq ölümü ilə bağlı məsələyə münasibət bildirib. 

Xəstəxanadan bildirilib ki, yeni doğulan körpədə həyat əlamətləri olmayıb:

“Abşeron rayonu, Qobu qəsəbə sakini, 20 yaşlı Səadət Qurbanova 39 həftəlik hamiləlik, baş gəlişi, birinci doğuşun üçüncü dövrü, iri döl diaqnozu ilə Mamalıq-ginekologiya bölməsinin  doğum blokuna daxil olub.

Səadət Qurbanovaya və onun qohumlarına qeysəriyyə əməliyyatı təklif olunsa da, onlar bu təkliflə razılaşmayıb. Sentyabrın 23-də, saat 10:30-da təbii yolla çəkisi 4300 qr olan qız uşağı dünyaya gəlib. Yeni doğulan körpədə həyat əlamətləri olmayıb".

“Bütün zəruri reanimasion tədbirlərə baxmayaraq, onda həyat əlamətləri əmələ gəlməyib, ölüm qeydə alınıb”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, ötən gün Mərkəzi Dəmiryolu Xəstəxanasında körpə ölümü ilə bağlı məlumat yayılıb.