FLAŞ


Xərçəngə tutulmaq istəmirsinizsə, bunları yeməyin

- SİYAHI


https://assets.oxu.az/uploads/W1siZiIsIjIwMTkvMDkvMjQvMjMvNTkvNDUvZWZkYjg4ZjctNzE4Yi00ZjhkLWFhZDctZjJkN2Y3OTExMWJhL3FpZGEuanBnIl0sWyJwIiwiZW5jb2RlIiwianBnIiwiLXF1YWxpdHkgODAiXSxbInAiLCJ0aHVtYiIsIjYyMHg0NjVcdTAwM2UiXV0?sha=a2a497a1180353cf

Dövrümüzün xəstəliyi olan xərçəngin bəzi qidalarla birbaşa əlaqəsi var.

Oxu.Az xəbər verir ki, alimlər aşağıdakı qidaların birbaşa xərçəngə “dəvətnamə göndərdiyini” qeyd edirlər:

Yanmış qidalar

 

Manqaldakı ətin yanmış hissəsini sevə bilərsiniz, amma onu qəbul etmədən əvvəl iki dəfə düşünməlisiniz.

“Pop-corn”

 

“Pop-corn” xüsusilə mikrodalğalı sobada hazırlananda ağciyər xərçəngi riskini artırır.

Hidrogenləşdirilmiş yağ

 

Bu yağlar bir çox qidalarda rast gəlinir. Məsələn, “fast-food”, qablaşdırılmış yeməklər və marqarində.

Emal olunmuş ət

Emal olunmuş soyuq qidaların bir çox zərərləri var. Əgər həmin qidaların hazırlandığı heyvanlar müxtəlif dərmanlarla və geni dəyişdirilmiş məhsullarla bəslənibsə, risk daha da artır. Məhsulun xarab olmaması üçün tərkibinə qatılan nitratları da unutmamaq lazımdır.

Sosisli sendviç

Sosisin tərkibində çox zərərli maddə olan sodium-fosfat var. Qeyd etmək lazımdır ki, bir ildə bu qidalardan 34 min insan ölür.

Ağ un

Ağ una adı dəyişdirilmiş şəkər də deyə bilərik. Bu un, əslində, faydalı olan buğda ununun ağardılmasından alınır.

Qırmızı ət

Qırmızı ətin təzə qalması üçün qoruyucu maddələrdən istifadə olunur. Bunların qalın bağırsağa zərər verdiyi və xərçəng yaratdığı irəli sürülür.

Diyet içkiləri

Şəkərsiz qazlı içkilər ən azı şəkərli olanlar qədər zərərlidir. Aspartam adı verilən dadlandırıcı beyin xərçəngi, qan xərçəngi və başqa xəstəlik çeşidlərinə səbəb olur.