FLAŞ


Bu ərazilərdə qaz yoxdur


http://olke.az/uploads/1569075135/qaz.jpg

Goranboy rayonunda telekommunikasiya xəttinin çəkilişi zamanı texnika ilə diametri 160 mm olan polietilen qaz xəttini qırıblar.

Bolge.info Olke.az-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, ümumilikdə, 6 kəndin (Xoylu, Qaradağlı, Şadlı, Nizami, Yolpaq və Şirinbəyli) 2 minə yaxın abonentinin qaz təchizatında fasilə yaranıb.