FLAŞ


Bakıda gəlin qayınanasını öldürdü

- YENİLƏNİB


https://ww2.lent.az/upload/images/news/2019/september/19/big/e10ca394e4154e175f95458779a5f517.jpg
Bakıda törədilən qətlin üstü açılıb.
Xətai rayon Polis İdarəsindən APA -ya verilən məlumata görə, araşdırmalar nəticəsində 70 yaşlı Qreçneva Valentina Aleksandrovnanın gəlini tərəfindən qətlə yetirildiyi məlum olub. Gəlini onun başına küt alətlə vuraraq öldürüb.
Hadisəni törədən şəxs artıq saxlanılıb.
Saat 10:42
Bakıda qətl törədilib.
APA -nın məlumatına görə, hadisə paytaxtın Xətai rayonu, Telnov küçəsində qeydə alınıb. Həmin küçənin sakini, 1949-cu il təvəllüdlü Qreçneva Valentina Aleksandrovnanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyiti aşkar edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, hadisə yerindən maddi sübutlar qablaşdırılaraq götürülüb və müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.