FLAŞ


Təbii qazın saxlanması və paylanması xidmətlərinin

-qiyməti dövlət tərəfindən tənzimlənməyəcək


https://ww3.apa.az/upload/news/2019/september/18/big/605d822ef7c8e29.jpg

Nazirlər Kabineti “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edib.

Bolge.info Apa-ya istinadən xəbər verir ki, qərara əsasən, təbii qazın saxlanması və paylanması xidmətləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) siyahısından çıxarılıb.

Nazirlər Kabinetindən APA-nın sorğusuna cavab olaraq, təbii qazın saxlanması və paylanması xidmətlərinin qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin siyahısından çıxarıldığı təsdiqlənib.