FLAŞ


Qısqanc ər arvadını öldürmək istədi

— Ağcabədi rayonunda QANLI CİNAYƏT


https://olke.az/uploads/1568093981/qetlarvad.jpg
Ağcabədi rayonunda arvadını öldürməyə cəhddə təqsirli bilinən Rafiq Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bolge.info Olke.az-a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib. 

Cinayət işi hakim Elmin Rüstəmovun icraatına verilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında gecə saatlarında rayonun Taxtakörpü kəndində qeydə alınıb. Kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Əliyev qısqanclıq zəminində arvadı, 1980-ci il təvəllüdlü Tahirə Əliyeva ilə mübahisə edib. Qısqanc ər cibində gəzdirdiyi bıçaqla arvadına çoxsaylı zərbələr vurub. Daha sonra hadisə yerindən qaçıb.

Yaralı qonşular tərəfindən xəstəxanaya çatdırılan qadının həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərərvurma) maddəsilə cinayət işi başlanıb, daha sonra əməl 29,120.1 (qəsdən adamöldürməyə cəhd) maddəsinə tövsif edilib.