FLAŞ


Bakıda mənzildən meyit tapıldı - Ölüm səbəbi bilinmir


https://ww2.lent.az/upload/images/news/2019/september/10/big/fc286aae6130a2429e4aa3439407b5e1.jpg

Bakının Nərimanov rayonunda mənzildən meyit tapılıb.

APA -nın məlumatına görə, Alı Mustafayev küçəsindəki mənzillərdən birində aşkar olunmuş meyit1968-ci il təvəllüdlü paytaxt sakini Nərminə Abubəkirovaya məxsusdur.

Qadının həmin mənzildə kirayədə yaşadığı deyilir. Onun hansı şəraitdə ölməsi məlum deyil.

Nərimanov rayon Prokurorluğu ölümünsəbəblərini araşdırır.