FLAŞ


Göbələk bu orqanı xərçəngdən qoruyur


https://ww2.lent.az/upload/images/news/2019/september/08/big/b552089e7b61a4321c1449ad9a75a0d8.jpg
Həftədə ən azı 3 dəfə göbələk yeməyin prostat xərçəngi riskini azaltdığı məlum olub.
e-tibb.az xəbər verir ki, Yaponiyada aparılan bir araşdırmaya görə, 40-79 yaşda olan 37 min nəfərə yaxın kişi 13 il izlənilib. Müşahidə olunan şəxslərə qidalanma alışqanlıqları, yaşam tərzləri də daxil olmaqla bir çox suallar verilib.
Araşdırma, ən azı həftədə 3 dəfə göbələk yeyənlərin prostatın bədxassəli şişinə tutulma riskinin, həftədə bir dəfə yeyənlərdən 17 faiz daha az olduğunu aşkarlayıb.
Göbələyi həftədə iki dəfə yeyənlərdə isə bu riskin 8 faiz daha az olduğu müəyyən edilib.
Qeyd olunur ki, bu, yaşı 50-dən çox olan kişilərdə daha çox nəzərə çarpır.