FLAŞ


Göygöldə qadın qətlə yetirilib


https://ww2.lent.az/upload/images/news/2019/september/08/big/f8c16f4bcaa03dcb8b34a5f737dad4be.jpg

Göygöldə qətl hadisəsi baş verib.

Bolge.info -nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə rayonun Üçtəpə kəndində qeydə alınıb. Belə ki, Gəncə sakini, 1991-ci il təvəllüdlü Orxan Məmmədov 35 yaşlı Cəlilli Günay Yusif qızını yaşadığı evdə qətlə yetirib.

Hadisə yerinə hüqüq-mühafizə orqanları cəlb olunub. Mərhumun meyiti məhkəmə tibb ekspertizasına təqdim edilib. G.Cəlillinin O.Məmmədovla birgə Beynəlxalq Bankın Gəncə şəhər filialında işlədiyi deyilir. Hadisənin səbəbləri hələlik məlum deyil.

Faktl Göygöl Rayon Prokurorluğu tərəfindən araşdırılır