FLAŞ


Ağsuda yanğın - Xəsarət alan var


https://ww2.lent.az/upload/images/news/2019/september/05/big/9dfe99d4caec7083e0c42ec5f24a9c84.jpg

Ağsu rayonunda ümumi sahəsi 64 m² olan birmərtəbəli 2 otaqlı evin dam örtüyü 5 m² sahədə və bitişik 56 m² olan taxtadan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.

Bolge.info Fövqladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.