FLAŞ


Bakı məktəblərində təhsil alacaq şagirdlərin sayı AÇIQLANDI


https://ww2.lent.az/upload/images/news/2019/september/05/big/31cdfd80cca637434c04bd251549d973.jpg

Yeni tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 414 844 şagird təhsil alacaq.

Bolge.info Lent.az-a istinadən xəbər verir ki,  bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Məlumata görə, idarənin tabeliyindəki ümumi təhsil məktəblərinin IX sinfində 32 315, X sinfində 22 795, XI sinfində 18 896, XII sinfində 198 şagird təhsil alacaq.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 279 tam orta məktəb, 3 ümumi orta məktəb, 18 məktəb-lisey, 7 lisey və 1 gimnaziya olmaqla, ümumilikdə, 308 ümumi təhsil məktəbi; 3 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.