FLAŞ


Dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün elektron sınaq imtahanı keçiriləcək


https://cdn2.trend.az/media/pictures/2017/03/24/internet__240317.jpg

Dövlət İmtahan Mərkəzində (DİM) dövlət qulluğuna qəbul olmaq istəyən şəxslərin müsabiqənin test imtahanı mərhələsinə daha da səmərəli hazırlaşmalarına kömək məqsədilə elektron sınaq imtahanı keçiriləcək.

Bolge.info Trend-ə istinadən xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, sınaq imtahanı AA, AB, AC, BA, BB qrupları üzrə 6 sentyabr tarixində keçiriləcək.

İmtahanda iştirak etmək üçün onlayn qeydiyyat 6 sentyabrda, saat 09:00-da başa çatacaq.

Sınaq imtahanında iştirak etmək istəyənlər DİM-in saytında “Şəxsi kabinet”lərini yaratmalıdırlar.

 

Sınaq imtahanında hər qrup üzrə uyğun olaraq əvvəlki imtahanlarda olan eyni test tapşırıqlarından istifadə ediləcək. Təkrar imtahanda iştirak etmək istəyənlərin nəzərə almasını xahiş edirik.