FLAŞ


Avtomobil əvvəlcə ağaca, sonra çay evinə çırpıldı

- FOTO


https://ww2.lent.az/upload/images/news/2019/august/23/big/38078b27747f9b47c22742cd8da4904e.jpg
Bakının Nəsimi rayonunda yol qəzası baş verib.
Bolge.info-nun Lent.az-a istinadən verdiyi məlumata görə, Nəbiyev Həsən Yaşar oğlu "Hyundai" markalı avtomobillə Mirəli Qaşqay küçəsində hərəkətdə olarkən qəfildən idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi əvvəlcə yol kənarındakı ağaca, daha sonra isə çay evinin divarına çırpılıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.
Faktı Nəsimi polisi araşdırır.