FLAŞ


DİQQƏT: Bu ərazilərdə qaz olmayacaq


http://www.poslovni.hr/media/cache/97/bc/97bcd29d5830e910cdf34ecbf19b150e.jpg
Bu gün səhər saat 09:00-dan işlər başa çatanadək Şəmkir rayonunun Çinarlı qəsəbəsi və bir neçə kənddə qaz təchizatı dayandırılır.
Bolge.info Lent.az-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyindən verilən xəbərə görə, bu müddətdə Qaz İxrac İdarəsinin “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aşkarlanan qaz sızmalarının ləğvi və digər işlər icra ediləcək.
Bu gün saat 10:00-dan 18:00-dək isə Lənkəran qaz paylayıcı stansiyasında ölçü qovşağının dəyişdirilməsi ilə əlaqədar olaraq Lənkəran rayonunun bir neçə yaşayış məntəqəsində qaz təchizatında məhdudiyyətlər olacaq.