FLAŞ


Sərhəd Qoşunlarımız Qazaxda döyüş mövqelərini irəli çəkdi - FOTO


https://modern.az/uploads/news/modern.az_68495644_10157422121142556_5302278040494014464_o_910.jpg

“Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunları Ermənistan-Azərbaycan dövlət sərhədinin Qazax rayonu istiqamətində döyüş mövqelərini irəli çəkərək, neytral ərazidəki yüksəkliklərdə yeni mövqelər yaradıb və böyük bir ərazini tam nəzarət altına götürüb”.

Bolge.info saytı xəbər verir ki, bunu hərbi ekspert, “AzeriDefence” jurnalının baş redaktoru Rəşad Süleymanov bildirib.

Bu gün Qazax rayonunun Ermənistanla sərhəd mövqelərinə səfər edən R.Süleymanov deyib ki, düşmənlə döyüş aparılaraq, irəli çəkilən mövqerlərimizdən Ermənistan Respublikası ərazisindəki mövqelər nəzarət altındadır.

O, ərazidən və yeni mövqeyimizdən çəkdiyi fotonu da təqdim edib.