FLAŞ


Bakıda kişi hamilə arvadını bıçaqladı


http://olke.az/uploads/1565686586/bicaqlama.jpg
Bakının Sabunçu rayonu ərazisində hamilə həyat yoldaşını bıçaqlayan şəxs tutulub.

Bolge.info Report-a istinadən xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsi və 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 11-də Maştağa qəsəbəsi Daş Karxanasında Mirverdi Məmmədovun evində arvadı və əmisi qızı Günay Mirverdi qızına bıçaq xəsarətləri yetirməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə məhkum olunan 1984-cü il təvəllüdlü Xəyal Məmmədov tutulub. 

Məlumatı Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidməti təsdiqləyib. 

Qeyd edək ki, X.Məmmədov avqustun 11-də üç aylıq hamilə olan həyat yoldaşı G.Məmmədovaya 19 bıçaq zərbəsi ilə xəsarət yetirib. Yaralı qadın "təcili yardım" maşını ilə xəstəxanaya yerləşdirilib. O, vəziyyəti ağır olduğu üçün Reanimasiya şöbəsinə yerləşdirilib. Cütlüyün 4 övladı var.