FLAŞ


İxtisas seçiminin nəticələri hansı saatlarda açıqlanacaq?


http://azedu.az/uploads/news/2019/08/azedu.az_60340488_2280622812002725_676615030254338048_n_704.jpg

İxtisas seçiminin nəticələrinin nə zaman elan olunması məlum deyil.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a verilən məlumata görə  ixtisas seçiminin cavabların hansı gün və saatda elan olunacağının hələ dəqiqliklə bilinmir:  

“İxtisas seçiminin nəticələrinin elanının dəqiq vaxtını  bilmirik. Ola bilsin ki, cavablar bu gün çıxmasın və sabah elan olunsun. Əgər biz bunu həqiqətən də bilsək, rəsmi şəkildə elan edər və saytımıza yerləşdirərik.

Bu texniki məsələdi və nəticələr kompüter tərəfindən müəyyənləşir. Bu 5-10 saat da çəkə bilər.

Adətən ixtisas seçimi bitdikdən 2,3 gün sonra nəticələrin elan olunacağını söyləyirik. Bunun səbəbi isə  dəqiq vaxtı müəyyənləşdirə bilməməyimizdi.

2017-ci ildə cavablar gecə saat ikidə elan olunmuşdu. Biz həmin il gecə yarısına kimi cavabın çıxmasını gözlədik. Hər hansısa bir saat desək və o zaman cavablar çıxmasa, sonra məsuliyyət bizim üzərimizdə olacaq.

Hazırda abituriyentlər və valideynlər narahatdılar.Bu səbəbdən, dəqiq bir söz deyə bilmərəm”.

Qeyd edək ki, abituriyentlər iş nömrələrini istənilən mobil operatordan 7727-yə göndərməklə, və ya şəxsi kabinetlərinə daxil olaraq öyrənə bilərlər.