FLAŞ


47 yaşlı kişi özünü asdı


https://ww2.lent.az/upload/images/news/2019/august/08/big/1428d3af1016bf0666a5aaddd6f3993b.jpg
Sumqayıt şəhərində intihar hadisəsi baş verib.
Bolge.info-nun APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb. Belə ki, 1972-ci il təvəllüdlü Hüseynov Elxan Ənsər oğlu yaşadığı fərdi yaşayış evində özünü asıb. Onun uzun müddət şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.