FLAŞ


Gürcülərdən sərhəddə növbəti təxribat


https://img.milli.az/2019/08/08/776660.jpg

Dövlət Sərhəd Xidməti (DSX) tərə­­findən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi tədbirləri davam etdirilir.

Bolge.info ​Mili.az-a istinadən xəbər verir ki, DSX-dən verilən məlumata görə, avqust 7-də Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşun­larının "Şəmkir" sərhəd dəstəsinin xidməti ərazisində Ağstafa rayonunun Ağgöl kəndinin ərazisindəki sərhəd zastavasının xid­məti sahəsində Gürcüstandan Azərbaycan Respublikası istiqa­mətində dövlət sərhədini pozmuş Gürcüstan vətəndaşı 1973-cü il təvəllüdlü Temur Şaraşidze sərhəd pozucusu qismində sax­lanılıb.

Fakt üzrə cinayət işi qaldırılmışdır, zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.