FLAŞ


Səkkiz yaşlı uşaq babasının maşınını ilə nənəsini öldürdü


http://olke.az/uploads/1565167322/sukannn.jpg
Lənkəranda yaşlı qadın azyaşlı nəvəsinin idarə etdiyi maşın tərəfindən vurulub.

Bolge.info oxu.az-a istinadən xəbər verir ki, hadisə avqustun 6-da Mirzə Məhəmmədhüseyn Axund küçəsi, ev 190 ünvanında baş verib.

Belə ki, sözügedən ünvanda yaşayan Zaur Ağayevin avtomobilini səkkiz yaşlı nəvəsi nəzarətsiz halda hərəkətə gətirib. 

Nəticədə uşaq nənəsi - 67 yaşlı Zahirə Dilşad qızı Ağayevaya maşınla ciddi xəsarət yetirib.

Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.