FLAŞ


Ağstafada piyadanı maşın vurub öldürdü


https://ww2.lent.az/upload/images/news/2019/august/07/big/db6644b13887665dc7498544f6e48c0a.jpg
Bolge.info lent.az-a istinadən xəbər verir ki, Ağstafada yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə avqustun 6-da saat 20 radələrində baş verib. Rayonunun Muğanlı kəndi ərazisində kənd sakini Ş.Bayramov idarə etdiyi “VAZ-21015” markalı avtomobillə yolu keçən həmkəndlisi Faiq İbrahimovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.