FLAŞ


Xızıda yaşlı qadına qarşı İYRƏNC HƏRƏKƏT


http://olke.az/uploads/1565159482/o%C4%9Fru%20tutuldu.jpg
Xızı rayonunda yaşlı qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

Bolge.info Olke.az-a istinadən xəbər verir ki, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən yaşlı qadına qarşı soyğunçuluq etməklə 950 manat pulu ələ keçirən Bakı şəhər sakini, 37 yaşlı Anar Cəfərov saxlanılıb.

Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Anar Cəfərovun ətrafında aparılan araşdırmalar nəticəsində onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması da məlum olub. Polis əməkdaşları tərəfindən onun Xızı rayonu ərazisində müvəqqəti yaşadığı evə keçirilən baxış zamanı oradan 441 qram narkotik vasitə olan qurudulmuş marixuana və 41 qram tiryək aşkarlanaraq götürülüb.

Faktla əlaqədar A.Cəfərov barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.