FLAŞ


Müəmmalı hadisə: yeyib-içib öldülər


https://ww2.lent.az/upload/images/news/2019/august/07/big/b8d9e91aaecf2f428066b4efe982c0ce.jpg
Şirvanda müəmmalı ölüm hadisəsi baş verib.
APA -nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan şəhər sakinləri - 1976-cı il təvəllüdlü Şotiyev Sahib Balaisa oğlu tanışı, 1985-ci il təvəllüdlü, Əzizov Vüsal Tahir oğlu ilə birlikdə yeyib-içiblər. Bir neçə saatdan sonra hər ikisinin halı pisləşib və onlar xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq hər iki şəxs dünyasını dəyişib.
Ölümün səbəblərini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin olunub.