FLAŞ


DİM-dən xəbərdarlıq: Ali təhsil müəssisələrinə ixtisas seçiminin vaxtı uzadılmayacaq


http://azxeber.com/file/pic/xeber/2019-08/1565115135_dim-e1556181663118-350x222.jpg
Ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçiminin vaxtı uzadılmayacaq.
 
Dövlət İmtahan Mərkəzindən (DİM) verilən məlumata görə, avqustun 6-da saat 17.30-a olan məlumata əsasən 57772 abituriyent (o cümlədən 12118 subbakalavr) ixtisas seçimi edərək ərizəsini təsdiq edib.
 
335 abituriyent isə ixtisasları elektron ərizəsində qeyd edib yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.
 
Abituriyentlərin (həmçinin subbakalavrların) nəzərinə bir daha çatdırırıq ki, müsabiqədə yalnız elektron ərizələrini təsdiq etmiş abituriyentlər iştirak edə biləcəklər.