FLAŞ


Həyat yoldaşını maşınla vurub öldürdü

— MƏHKƏMƏ


http://olke.az/uploads/1564560446/qad%C4%B1n%20ma%C5%9F%C4%B1n%20vurma.jpg
Gəncədə həyat yoldaşını avtomobillə vurub öldürməkdə təqsirli bilinən Eldar Abasovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bolge.info Olke.az-a istinadən xəbər verir ki, cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Faiq Mahmudovun icraatına verilib.

Məhkəmə hazırlıq iclası avqust ayının 5-nə təyin olunub.

Qeyd edək ki, hadisə bu il aprelin 3-də baş verib.

Şəhər sakini 1961-ci il təvəllüdlü Eldar Abbasov özünə məxsus "Jiquli" markalı avtomobillə  həyat yoldaşı 1968-ci il təvəllüdlü Sevinc Abbasovanı qəsdən vurub. Qadın xəstəxanaya yerləşdirilsə də,  tibbi yardımlara baxmayaraq, orada dünyasını dəyişib.
E. Abbasov isə hadisədən sonra sirkə turşusu içərək, intihara cəhd edib. O, xəstəxanaya yerləşdirilib. Sağalandan sonra hüquq mühafizə orqanların əməkdaşları tərəfindən saxlanılıb.