FLAŞ


Erməni ordusu itki verdi, erməni general sərhədə gəldi


https://cdn.axar.az/2019/07/31/davtyann.jpg

Ermənistanın Baş Qərargah rəisi general-leytenant Artak Davtyan Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətindəki hərbi hissəni ziyarət edib.

Bolge.info Axar.az -a istinadən xəbər verir ki, bu məlumatı Ermənistan Müdafiə Nazirliyi yayıb. Məlumata görə, Davtyan burada həmçinin döyüş mövqelərinə də baxış keçirib.

Qeyd edək ki, Ermənistan-Azərbaycan sərhədində vəziyyət gərgin olaraq qalır. İyulun 27 və 28-də Ermənistan tərəfinin snayperlərlə Azərbaycan Ordusuna aid tibb maşınını atəşə tutub. Cavab atəşi ilə düşmən susdurulub.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun cavab atəşi nəticəsində 1 əsgərin öldüyünü, 2-nin yaralandığını açıqlayıb.