FLAŞ


DİQQƏT: bu ərazilərdə qaz olmayacaq


https://ww2.lent.az/upload/images/news/2019/july/26/big/b86ee000730695954ec509db81882f44.jpg

İsmayıllı rayonu ərazisində aşkar olunan qaz sızmalarının ləğvi və payız-qış mövsümünə hazırlıq işləri ilə bağlı bu gün saat 09.00-dan 18.00-dək rayon mərkəzi və 28 kənddə qaz təchizatı dayandırılıb.

Bölgə.info Lent.az-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən verilən məlumata görə, saat 10.00-dan isə qaz xətlərində müəyyən quraşdırma işləri, şəbəkəyə birləşdirmə və qaz sızmalarının aradan qaldırılması məqsədilə Göyçay rayonunda 19 yaşayış məntəqəsi, Şəmkirdə isə 1 qəsəbə və 7 kənddə qaz təchizatı dayandırılacaq.