FLAŞ


Məcburi köçkünün evi yandı, xəsarət alan var


https://ww2.lent.az/upload/images/news/2019/july/25/big/c8266962884a588c46f3c9d57806c366.jpg

Bərdə rayonunda yanğın olub.

Bölgə.info FHN-in saytına istinadən xəbər verir ki, rayonun Qırmızı Samux qəsəbəsində ümumi sahəsi 270 m² olan tikilinin (məcburi köçkünlər məskunlaşıb) dam örtüyünün yanar konstruksiyaları 50 m² sahədə və ümumi sahəsi 70 m² olan evin mətbəxinın tavanı və içərisindəki əşyalar 12 m² sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb.

Tikilinin və evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.