FLAŞ


General sərhəddə: əsgərlərlə görüşdü


https://ww2.lent.az/upload/images/news/2019/july/25/big/1050a620e29f63cbd2784516b282962b.jpg
Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb.
 
Bölgə.info Lent.az-a istinadən xəbər verir ki, DSX-dən bildirilib ki, general-polkovnik Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.