FLAŞ


Külli miqdarda narkotik məhv edildi


https://ww2.lent.az/upload/images/news/2019/july/25/big/2d407fe21ba15defe72c91979f5d4b08.jpg
Qusar rayon Polis Şöbəsinin Samur Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində rayonun Kufoba kəndi ərazisində yabanı halda bitmiş hündürlüyü 130 sm-ə qədər olan 254 ədəd narkotik tərkibli çətənə kolları aşkar edilib.
Bölgə.info APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, həmin narkotik tərkibli bitkilər kökündən çıxarılıb, yandırılaraq məhv edilib.
Faktla bağlı araşdırma aparılır.