FLAŞ


Qardaş bacısını bıçaqladı


https://ww2.lent.az/upload/images/news/2019/july/25/big/483df730839925f49e12e2c9b3d3a749.jpg
Yeni Suraxanı qəsəbəsində bıçaqlanma hadisəsi baş verib.
Bölgə.info APA -ya istinadən xəbər verir ki, ailə münaqişəsi zəmnində qardaş bacısı, 1989-cu il təvəllüdlü Əliyeva Səbinə Vaqif qızına bıçaqla xəsarət yetirib.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona qarının ön divarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub.
Qarın nahiyəsindən 3 bıçaq xəsarəti alan S.Əliyeva reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.