FLAŞ


Qanunsuz heyvan kəsimi qurğuları söküldü


https://ww2.lent.az/upload/images/news/2019/july/24/big/03ef9b83f101092171edbad9aa3907d9.jpg
Azərbaycanın Qida Təhlükəsizliyi Agentliyi (AQTA) baytarlıq-sanitariya və sanitariya-gigiyena tələblərinə uyğun olmayan yerlərdə, yol kənarlarında qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə növbəti nəzarət tədbirləri Zaqatala rayonunda keçirilib.
Bölgə.info Lent.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reyd zamanı yol kənarlarında quraşdırılmış, qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları sökülüb.
Sahibkarlara ərazidə fəaliyyət göstərən ixtisaslaşmış kəsim məntəqələrinin xidmətlərindən istifadə etmək, yaxud stasionar, modul və modul tipli kəsim məntəqələrini yaratmaq tövsiyə edilib.