FLAŞ


“Kollec məzunları da universitetlərdə ödənişsiz təhsil ala bilər”


https://www.bizimyol.info/az/wp-content/uploads/2018/07/e1d14afd948a0f1d0cf804125c84981b-000.jpg

Bölgə.info Bizimyol.info-ya istinadən xəbər verir ki, Hələ bir il öncə təhsil eksperti Kamran Əsədov verdiyi açıqlamada kollec məzunlarının ali məktəblərə imtahansız qəbul ediləcəyi barədə proqnoz vermişdi. Bir il keçib və artıq subbakalavrların ali məktəblərə ərizə qəbulu başlayıb.

Ali təhsillə bağlı subbakalavrları maraqlandıran suallarla bağlı Kamran Əsədovdan Bizimyol.info üçün qısa açıqlama aldıq. Ekspert ilk növbədə bildirib ki, təhsil haqqında qanuna edilmiş dəyişikliyə əsasən, subbakalvr diplomu almış şəxslər bu qanun qüvvədə olduğu müddətdə ali məktəblərə sənəd verərək, imtahansız qəbul ola bilərlər.

Kamran Əsədov

Kamran Əsədov

O ki qaldı kolleci bitirənlərin universitetlərdə təhsil müddətinə, bu ölkə qanuvericiliyinə görə hamıya eyni qaydada şamil olunur.

“Kolleci bitirdikləri üçün subbakalvrların təhsil ilinin az olduğunu söyləyirlər. Lakin bu, belə deyil. Azərbaycanda bütün hallarda bakalvrlar üçün əyani və qiyabi təhsil müddəti müəyyənləşib. Universitetlərə imtahansız qəbul olunanlar da digər tələbələrlə birgə tam müddət təhsil alacaqlar. Əyani təhsil 4 il, qiyabi təhsil 4 il yarım – 5 il olacaq, bu zaman təhsil haqqını tam şəkildə ödəyəcəklər”, deyə ekspert qeyd edib.

Onun dediyinə görə, subbakalavrın ödənişsiz təhsil almaq hüququ var. Amma təhsil almaq üçün onlara verilən yerlərdə yalnız pullu təhsil almaq imkanı görünür.

Subbakalavrlar qeydiyyatdan keçdikdən və təhsil haqqını ödədikdən sonra akademik məzuniyyət götürə bilərlər.