FLAŞ


Müəllimlərin işə qəbulunun SON GÜNÜ


https://ww2.lent.az/upload/images/news/2019/july/24/big/e829786160627f500cd32c4eea554b58.jpg
Bu gün - iyulun 24-də Azərbaycan dili və ədəbiyyat müəllimi olmaq istəyən namizədlər imtahan verir.
Bölgə.info Lent.az-a istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, imtahanlarda 3279 namizədin iştirakı gözlənilir.
Xatırladaq ki, bu gün müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.
Bu günədək keçirilən imtahanlarda 39 mindən çox namizəd iştirak edib. İmtahanlar ərzində ən yüksək nəticə kimya fənni üzrə 60 bal olub.