FLAŞ


Deputatdan pensiyalarla bağlı TƏKLİF


http://olke.az/uploads/1562921929/qudret.jpg
Deputat pensiyaların indeksləşməsinin ildə bir dəfə deyil, hər ay aparılmasını təklif edib.

“Ölkə.Az” xəbər verir ki, belə bir təkliflə millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bu gün keçirilən  növbədənkənar sessiyasında  çıxış edib.

“Əmək pensiyaları haqqında” qanuna dəyişikliyə uyğun olaraq “Sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən  olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

“Mən isə təklif edirəm ki, indeksləşmə ildə bir dəfə deyil, hər aya həyata keçirilməlidir. Bu pensiyaçıların marağına xidmət etmir. Pensiyaçı gözləyə bilməz ki, onun pensiyası ildə bir dəfə indeksasiya olduqdan sonra artacaq. Hesab edirəm ki, bu il ərzində həyata keçirilməlidir. Müvafiq icra hakimiyyəti qurumlarının işi nədən ibarətdir, qoy işləsinlər və aylıq indeksasiyanı həyata keçirsinlər”, - deputat bildirib.

Milli Məclisin sədr müavini Valeh Ələsgərov isə deyib ki, bu qeyri-realdır: “Çünki elə aya infilyasiya yuxarı, elə ay isə aşağı olacaq. Onda hər ay pensiyanın həcmi dəyişməlidir. Elə ən optimal variant indeksasiyanın  ildə bir dəfə aparılmasıdır”.