FLAŞ


Bakıda yüksək rütbəli məmurun oğlu özünü 5-ci mərtəbədən atdı


http://olke.az/uploads/1562846871/intiharatdi.jpg
Bakıda yüksək rütbəli məmurun oğlu intihar edib.

"Ölkə.Az"ın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Ağa Nemətulla küçəsində baş verib. 

Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Ağayev Orxan Əliaslan oğlu bu gün özünü yaşadığı beşmərtəbəli yaşayış binasının beşinci mərtəbəsindən atıb. O.Ağayev hadisə yerində dünyasını dəyişib. 

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerindədir. 

İntihar edən O.Ağayev Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin rəisi, polis polkovniki Əliaslan Ağayevin oğludur.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlayıb.