FLAŞ


Bakıda qayınanası ilə dalaşan kişidən gözlənilməz addım: qaşıq və mismar uddu


https://img.milli.az/2019/07/10/769669.jpg

Bakıda ailə münaqişəsi zəminində qəribə hadisə baş verib.

Bolge.info Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Xətai rayonu, Əhmədli küçəsində qeydə alınıb.

Həmin küçədə yaşayan 1989-cu il təvəllüdlü Babayev Əlamət Nazim oğlu yaşadığı evdə qayınanası ilə mübahisə edib.

Mübahisə nəticəsində Ə.Babayev mətbəxdən götürdüyü qaşıq və mismarı udub.

Ə.Babayev xəstəxanaya çatdırılıb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.