FLAŞ


Ali məktəb və kolleclərə ixtisas seçiminin dəqiq vaxtı açıqlandı


http://azedu.az/uploads/news/2019/07/azedu.az_61685893_413175552741164_3076419973004204882_n_770.jpg

2019-cu ildə keçirilən qəbul imtahanları başa çatıb.

Abituriyentləri hazırda ən çox maraqlandıran məsələlərdən biri ali məktəblərə və kolleclərə ixtisas seçiminin tarixləri ilə bağlıdır.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildiriblər ki, I-IV qruplar üzrə ali məktəblərə ixtisas seçimi 24 iyul - 6 avqust tarixlərində aparılacaq.

9 illik bazadan kolleclərə qəbul olunmaq istəyənlər 24 iyul–5 avqust, 11 illik bazadan qəbul olmaq istəyənlər isə 15 – 19 avqust tarixlərində ixtisas seçimi edə biləcəklər.