FLAŞ


Püşk atıldı: "Qarabağ" Çempionlar Liqasında bu komanda ilə qarşılaşacaq


http://qol.az/img/pics/large/116691.jpg
UEFA Çempionlar Liqasında 1-ci  təsnifat mərhələsinin püşkü atılıb.
 
Bolge.info xəbər verir ki, İveçrənin Nyon şəhərində keçirilən mərasimdə ölkəmizi qitənin ən nüfuzlu klub turnirində təmsil edən “Qarabağ”ın da rəqibi müəyyənləşib. Reytinqinə görə səpələnmişlər sırasında yer almış Ağdam təmsilçisi ilk raundda Albaniyanın "Partizani" klubu qarşılaşacaq. İlk oyun səfərdə olacaq.
 
Qeyd edək ki, ÇL-nin 1-ci təsnifat mərhələsinin ilk oyunları 9-10, cavab oyunları isə 16-17 iyul tarixlərində keçiriləcək.