FLAŞ


Qaxda 58 yaşlı kişi ağacdan yıxıldı


https://ww2.lent.az/upload/images/news/2019/june/12/big/ae261e9682d4ff2ed59a67abf77bc207.jpg

Qax sakini ağacdan yıxılaraq xəsarət alıb

APA-nın şimal-qərb bürosunun məlumatına görə, bu gün günorta saatlarında rayonun Amanlı kənd sakini, 1961-ci il təvəllüdlü Yunus İsa oğlu Yunusov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
 
Tibb müəssisəsindən bildirilib ki, müayinə zamanı Y. Yunusovun yaşadığı evin həyətyanı sahəsindəki tut ağacından yıxılaraq xəsarət alması məlum olub. Y. Yunusova başın və qarnının küt travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın cərrahiyyə şöbəsində aparılır.
Faktla bağlı araşdırma aparılır.