FLAŞ


Bəzi ölkələrdə bayram namazı sabah, Azərbaycanda isə 1 gün sonra qılınacaq


https://www.yeniavaz.com/uploadedfiles/custom/2018/9/17/1/1ff43dfc-dbee-4399-abfe-cb3bd23e22b8/namazbayram.jpg

İyunun 5-də Azərbaycanda Ramazan ayı münasibətilə bayram namazı qılınacaq.

Qafqaz Müsəlmanları İdarəsinin məlumatına görə, bayram namazının qılınması iyunun 5-də səhər saat 08:00-da Əjdərbəy məscidində, 09:00-da isə Təzə Pir məscidində baş tutacaq.

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 6-na təsadüf edib, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 5-ə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Xatırladaq ki, bəzi ölkələrdə (Rusiya, Türkiyə, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və b.) Ramazan ayı münasibətilə bayram namazı sabah qılınacaq.

Trend.az