FLAŞ


Ağcəbədi rayonunda “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə tədbir keçirilib

- FOTOLAR


https://scontent.fgyd3-1.fna.fbcdn.net/v/t1.0-9/62182396_1365756323562409_7179428312215715840_n.jpg?_nc_cat=111&_nc_ht=scontent.fgyd3-1.fna&oh=500529e00d38b548d02a5dc793552055&oe=5D582020

5 iyun- “Su təsərrüfatı və meliorasiya işçiləri günü” münasibəti ilə Ağcəbədi rayonunda tədbir keçirilib.  

Bolge.info xəbər verir ki, tədbirdə 5 sayli Regional Sukanal idarəsinin xidmət göstərdiyi Beyləqan, Xocavənd, Fizuli, Bərdə, Tərtər, Ağdam, Laçın və Ağcəbədi rayonlarının sukanal idarələrinin işçiləri iştirak edib.

Kollektiv əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzüb, dahi rəhbərin xatirəsinə ehtiramlarını bildiriblər.

Daha sonra tədbir YAP-ın Ağcəbədi rayon təşkilatının inzibati binasında davam etdirilib. 5 sayli Regional Sukanal idarəsinin rəsi Zahid Sadıqov və Ağcəbədi Rayon İcra Hakimiyyəti başçısının müavini Rövşən Əhmədov çıxış edərək, meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramları münasibətilə təbrik ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycanda meliorasiya və irriqasiyanın inkişafına ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə nail olunub. Həmin illərdə çoxsaylı hidroqovşaqlar, nasos stansiyaları, meliorasiya və irriqasiya sistemləri tikilərək istifadəyə verilib.

1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı inkişafının yeni mərhələsinə qədəm qoyub. Ulu Öndərin meliorasiya və su təsərrüfatının inkişafına göstərdiyi qayğı hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla davam etdirilir.

Tədbirin sonunda işində fərqlənən meliorasiya və su təsərrüfatı işçilərinə fəxri fərmanlar təqdim edilib.​​​​​​