FLAŞ


27 rayonda İMTAHAN olacaq


https://ww2.lent.az/upload/images/news/2019/june/03/small/187c470a2223b08ae331d6113e9d4603.jpg

Daha 27 rayonda doqquzuncuların BURAXILIŞ İMTAHANI olacaq

İyunun 9-da Gəncə, Lənkəran, Naftalan, Şəki, Sumqayıt şəhərlərinin, Abşeron, Ağdam, Ağsu, Astara, Bərdə, Biləsuvar, Daşkəsən, Goranboy, Göygöl, İmişli, Kürdəmir, Oguz, Qəbələ, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Tərtər, Xaçmaz, Yevlax və Zərdab rayonlarının ümumtəhsil müəssisələrinin məzunları üçün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının ikinci mərhələsi keçiriləcək.

Məlumat Lent.az -a Dövlət İmtahan Mərkəzindən daxil olub.

Xəbərə görə, buraxılış imtahanında iştirak edəcək şagirdlərhttp://eservices.dim.gov.az/sagirdBV/linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Çap üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlərə buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olanarayışı DİM-in saytındanyükləmək olar.